İyunun 22-28-də Gənclər və İdman Nazirliyi tərəfindən Qəbələ və Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzlərinin, eləcə də Quba və Qusar Peşə Liseylərinin 110 tələbəsi üçün Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Sənətim” İnkişaf Proqramı təşkil olunub.

 

Proqram çərçivəsində iştirakçılar “Zirvə” və “Təməl” komandalarına bölünərək müxtəlif peşə istiqamətləri üzrə nəzəri və praktiki təlimlərdə iştirak ediblər. Təlimlər zamanı onlar gözəllik sənayesi, saç düzümü və saç kəsimi texnikaları, makiyaj, dırnaq dizaynı, toxuculuq və dizayn, tikiş texnologiyaları, ilkin biznes bacarıqları, maliyyənin idarə olunması, avtomobil diaqnostikası və hibrid texnologiyalar, düzgün və təsirli nitq, eləcə də qastronomiya sahələri üzrə bilik və bacarıqlar qazanıblar.

 

Hər günün sonunda təşkil olunan təqdimat sessiyalarında iştirakçılar hazırladıqları işləri nümayiş etdirərək əldə etdikləri bilik və bacarıqları təqdim ediblər. Bununla yanaşı, proqram çərçivəsində komanda oyunları və intellektual yarışlar da keçirilib.

 

İnkişaf proqramı qala gecəsi ilə yekunlaşıb. Bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub. Proqram ərzində əldə olunan ümumi nəticələrə əsasən “Təməl” komandası qalib elan edilərək mükafatlandırılıb.