İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci günündə idmançılarımızdan Sadiq Məmmədov (73 kq) gümüş, İlkin Qarayev (66 kq) isə bürünc medal qazanıblar.

 

Xatırladaq ki, yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq) gümüş, İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) isə bürünc medala sahib olublar.