İyunun 30-da Bakı Slavyan Universitetinin “Məzun günü” tədbiri keçirilib.
Bakı İdman Sarayında təşkil edilən tədbirdə əvvəlcə videoçarx nümayiş olunub. Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi hissədə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, gənclər və idman naziri Fərid Qayıbov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. Məzun tələbələrin çıxışlarından sonra fakültə bayraqlarının təhvilvermə mərasimi baş tutub.
Tədbir bədii hissə ilə davam edib.