“AQEM ölkələrinin gəncləri arasında nitq və debat” yarışına Bakı Gənclər Mərkəzində yekun vurulub.

 

“Süni intellekt və insan kapitalı: imkanlar və gənclərin gələcəyi” mövzusunda keçirilən debatda AQEM-ə üzv ölkələrdən olan gənclər mübarizə aparıblar.

 

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv olan 17 ölkədən ümumilikdə 50-yə yaxın gəncin iştirak etdiyi yarış maraqlı intellektual mübarizə ilə yadda qalıb.

 

Yarışın böyük maraqla izlənilən final mərhələsində “Ca-CICA” komandasının üzvləri - Məhəmmədəli Meyramulı (Qazaxıstan), Əzizbək Toirov (Özbəkistan) və Cavidan Muradov (Azərbaycan), həmçinin “Rupee-Manat” komandasının üzvləri - Nihad Cavadlı (Azərbaycan), Akila Çamodya Mallikaraççige Don (Şri-Lanka) və Hüseyn Alparslan (Azərbaycan) mübarizə aparıblar.

 

Hakimlər heyətinin yekun qərarına əsasən, turnirin qalibi “Rupee-Manat” komandası, “Ən yaxşı natiqi” adına isə Veronika Alimetova (Azərbaycan) seçilib.