Qazaxıstanın Çimkənd şəhərində keçirilən atletika üzrə XXXV Qosanov Memorialına yekun vurulub. Dünya Atletikası Kontinental Turunun bürünc səviyyəli yarışının ikinci günündə atletlərimizdən Yekaterina Sariyeva üçtəkanla tullanmada 13.47 metr nəticə ilə gümüş, Rüstəm Məmmədov isə eyni növdə 15.85 metr göstərici ilə bürünc medal qazanıblar.

 

Qeyd edək ki, yarışın ilk günündə İlahə Quliyeva 400 metr məsafəyə qaçışda gümüş, Cabir Əliyev isə uzunluğa tullanmada bürünc medala layiq görülüblər.