İspaniyada keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışlarında Azərbaycan millisi 10 medal qazanıb. İdmançılarımızdan Ömər Axundov (90 kq) gümüş, Ayxan Həsənli və Yaqub Məmmədov (hər ikisi 81 kq) isə bürünc medal əldə ediblər.

 

Xatırladaq ki, daha əvvəl Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq) və Sadiq Məmmədov (73 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq) və İlkin Qarayev (66 kq) isə bürünc medal qazanıblar.